Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:39

«Türkiyə danışıqlar prosesinə öz töhfəsini verə bilər»


Amerikalı həmsədr Metyu Brayzanın Azərbaycana səfəri başlayıb
Amerikalı həmsədr Metyu Brayzanın Azərbaycana səfəri başlayıb
ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işinə böyük töhfələr verib və Rusiya ilə münasibətlərdə mövcud çətinliklərə baxmayaraq fəaliyyətini davam etdirir. Bunu Heydər Əliyev hava limanında jurnalistlərə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza deyib.
O, bildirib ki, hazırda Rusiya ilə münasibətlərdə müəyyən çətinliklər var, «amma düşünürəm ki, Moskva Gürcüstan prezidenti ilə imzaladığı sazişə əməl etməyə başlayan zaman bu çətinliklər aradan qalxacaq».

Brayza Bakıya səfərində məqsədin - Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, enerji məsələləri və xarici işlər nazirlərinin Nyu-York görüşünün keçiriləcəyini dəqiqləşdirmək olduğunu deyib.

Türkiyənin münaqişənin nizamlanması prosesində roluna gəlincə, diplomat deyib ki, «Türkiyə Minsk Qrupunun fəaliyyətinə yardım etmək istəyir. Türkiyə bu prosesə öz töhfəsini verə və Ermənistanın daha çevik mövqedən çıxış etməsinə yardım göstərə bilər».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG