Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:42

YAP-ın Bibiheybət mitinqi</a> <img src="/img/icon-photogallary.gif" border=0 /> <font color="darkorange">Foto</font>


YAP-ın icra katibi Əli Əhmədov

YAP-ın icra katibi Əli Əhmədov

Sentyabrın 17-də Bibiheybət meydanında hakim Yeni Azərbaycan Partiyası (YAP) icazəli mitinq keçirib. Mitinqdə prezidentliyə namizəd İlham Əliyev iştirak etməyib.

YAP-ın icra katibi Əli Əhmədov aksiyada çıxış edərək deyib ki, bir aydan sonra İlham Əliyevin prezident seçilməsini qeyd edəcəklər.

Ə.Əhmədov müxalifəti qarımış qıza bənzədib:

«Qarımış qız oturub gözəl oğlan gözlədiyi kimi, müxalifət də oturub gözəl meydan gözləyir».

İlham Əliyevin vəkillərindən Gültəkin Hacıyeva isə çıxışında deyib ki, «biz beşillik inkişafı yarımçıq qoya bilmərik».

Hacıyevanın sözlərinə görə, İ.Əliyev prezidentliyi dövründə 1.400 yeni məktəb tikdirib:

«Mən müxalifətə, prezidentliyə namizədlərə səslənirəm - sizin belə bir qüdrətə malik adamınız varmı? Yox! Yox! Yox!»

Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və aparatın şöbə müdiri Əli Həsənov də mitinqdə iştirak edib.

Mitinqə toplaşmış bəzi iştirakçılar aksiyanı tərk etmək istəsələr də, polis buna imkan verməyib.

Aksiyanın sonunda konsert olub.



Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG