Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:51

«Bir vaxtlar siyasətə qəhrəmanlıq sənəti kimi baxırdım»


Fazil Qəzənfəroğlu hesab edir ki, hakim partiyanın namizədinin 50 faizdən çox səs alması hələ sual altındadır
Fazil Qəzənfəroğlu hesab edir ki, hakim partiyanın namizədinin 50 faizdən çox səs alması hələ sual altındadır
Böyük Quruluş Partiyasının sədri, prezidentliyə namizəd Fazil Qəzənfəroğlu seçkiyə «Halal cəmiyyət, toxunulmaz mülkiyyət, ədalətli dövlət» şüarı ilə gedir. O, bunu «Azadlıq» radiosunun «Seçki qatarı» verilişində deyib. F.Qəzənfəroğlunun sözlərinə görə, platformasını orijinal üsulda hazırlayıb: 50 problemə 50 cavab:
«Başqalarının trafaret və standart platformasından fərqli olaraq, hər problemə ayrıca özəl münasibətimiz var. Platformanı həm Azərbaycan, həm də ingilis dilində kitab şəklində çap edəcəyik».
Fazil Qəzənfəroğlu hesab edir ki, hakim partiyanın namizədinin 50 faizdən çox səs alması hələ sual altındadır:
«Çünki ölkədə narazılar çoxdur. Fikrimcə, indi səssiz görünən bu elektoratdan çoxlu səs ala biləcəyik».
F.Qəzənfəroğlu prezident seçilsə, Azərbaycandan kənarda bir nəfər də olsun siyasi dissidentin qalmasına imkan verməyəcək:
«Ayaz Mütəllibovu, Vəzirovu - hamını ölkəyə dəvət edərəm. Vəzifə vermərəm, niyə verirəm ki? İlham Əliyev isə öz təcrübəsinə, qabiliyyətinə görə Azərbaycan cəmiyyətinə fayda verə biləcək çoxlu mövqelər var ki, onları tuta bilər. Mən bu məsələyə prinsip kimi yanaşmağın tərəfdarıyam. Biri vəzifədən gedəndə, ondan sonra gələnin ona münasibətini dəyişmək üçün ən ciddi və gözəl jestlər etməyə hazıram».
Böyük Quruluş Partiyası sədrinin televiziyada pullu təbliğat aparmağa imkanı çatmır:
«Cüzi imkanlarla reklam roliki təqdim edəcəyəm. Biz daha çox zona mitinqləri və rayonlar üzrə görüşlər planlaşdırırıq».
Onun sözlərinə görə, bir vaxtlar siyasətə qəhrəmanlıq sənəti kimi baxırmış. Amma bu gün siyasətə xidmət sənəti kimi baxır:
«İndi izolyasiyda qalmağın faydasını görmürəm. Prezidenti lənətləməklə nəyəsə nail olmaq mümkün deyil. Elə bir problem yoxdur ki, onu ağılla, əxlaqla çözməyəsən».
XS
SM
MD
LG