Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:38

Neftin bir barrelinin qiyməti 86 dollara düşüb


OPEC-in neft səbətinin qiyməti bir barrel üçün 86 dollara düşüb. Bu barədə təşkilatın məlumatında deyilir. Sentyabrın 16-na olan məlumata görə, neft səbətinin qiyməti 86,69 dollar təşkil edib. Bir gün əvvəl bu qiymət 91,35 dollar olub, yəni azalma 4,57 dollar təşkil edib.
Səbətin rekord qiyməti iyulun 3-də müəyyən edilib, həmin vaxt qiymət 140,73 dollara çatıb.
Hazırda OPEC-in səbətinin qiyməti kartel ölkələri (Əlcəzair, Anqola, Ekvador, İndoneziya, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Qatar, Səudiyyə Ərəbistanı, BƏƏ və Venesuela) tərəfindən çıxarılan 13 növ neftin qiymətlərinin orta həndəsi göstəricisi kimi müəyyən edilir.
«OPEC səbəti» termini rəsmi olaraq 1 yanvar 1987-ci ildən tətbiq edilir.
«Turan»

Günün bütün mövzuları

XS
SM
MD
LG