Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:37

Bernar Fasye Qarabağa gəlib


Fasye Qarabağ ermənilərinin lideri Bako Saakyanla iki saatlıq görüş keçirib

Fasye Qarabağ ermənilərinin lideri Bako Saakyanla iki saatlıq görüş keçirib

ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye sentyabrın 16-ı axşam Yerevandan Dağlıq Qarabağa gəlib. «Turan» «Armİnfo»-ya istinadən bildirir ki, Fasye elə həmin gün Qarabağ ermənilərinin lideri Bako Saakyanla iki saatlıq görüş keçirib. Görüş başa çatdıqdan sonra həmsədr jurnalistlərə bildirib ki, Gürcüstandakı hadisələrdən sonra regionda yaranmış vəziyyəti, bunun danışıqlar prosesinə təsirini müzakirə edib.
Həmsədrlərin regiona ayrı-ayrılıqda səfər etmələrinin səbəbi barədə suala cavabında B.Fasye deyib ki, belə səfərləri tək həyata keçirməsi ilk dəfə deyil:
«Bizim qrafiklərimiz gərgindir və üst-üstə düşmür. Lakin ümid edirik ki, Nyu-Yorkda üçümüz bir araya gələ və nazirlər arasında görüş təşkil edə biləcəyik».
Eyni zamanda, o, Metyu Brayzanı Bakıda görəcəyinə ümid etdiyini bildirib. «Düşünürəm ki, Brayza getməzdən bir neçə saat əvvəl Bakıya gələcəyəm və ola bilər ki, biz görüşmək üçün vaxt tapaq. Nyu-Yorka qədər Yuri Merzlyakovla görüşəcəyimə də çox ümid edirəm», - deyən Fasye jurnalistlərə həmsədrlərdə «süni çətinliklər axtarmamağı» məsləhət görüb.
Türkiyə prezidentinin Yerevana səfəri haqqında suala cavab verən Fasye bu səfərin münaqişənin həllinə müsbət təsir göstərəcəyinə ümid etdiyini bildirib:
«Əldə olunan irəliləyişlər göstərir ki, tezliklə çox mühüm qərarların qəbul edilməsinin vaxtı çata bilər».
Amerikalı həmsədr Metyu Brayzanın Bakıya sentyabrın 17-i gələcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG