Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:35

Lalə Şövkət: «Əliyev Mütəllibovun yolu ilə gedir»


«Əfsuslar olsun ki, Azərbaycan tərəqqi yolunu seçmədi»
«Əfsuslar olsun ki, Azərbaycan tərəqqi yolunu seçmədi»
«İlham Əliyevin birmənalı şəkildə Qərb yolundan çəkinməsi «QKÇP» olaylarını xatırladır. 1991-ci ildə Mütəllibov «QKÇP»ni seçmişdi. Bu seçim ona çox baha başa gəldi. Məhz İlham Əliyevin də indiki seçimi mənə məhz Mütəllibovun yanlış seçimini xatırladır. O zaman sovet imperiyası çökürdü, indi isə Rusiya təklənib. Son olaylarla bağlı Rusiyanı dünyada yalnız Nikaraqua dəstəklədi. Bununla Rusiya öz əsl simasını göstərdi. Regiondakı ağır geopolitik məqamda İlham Əliyevin bu yolu seçməsi çox böyük səhvdir»-, bunu «Azadlıq» qəzetinə müsahibəsində Liberal Partiyasının lideri Lalə Şövkət deyib.
O, daha sonra bildirib «əfsuslar olsun ki, Azərbaycan tərəqqi yolunu seçmədi. Hakimiyyət siyasi iqtidarın taleyini, təhlükəsizliyini düşünərək, Azərbaycanın milli maraqlarını qurban verir. Qərb mətbuatı artıq Gürcüstan və Ukraynanı NATO-ya qəbula hazır kimi qələmə verir. Bu, həmin ölkələrə, həm də Avropa Birliyinə üzvlük vəd edir. Bir də, biz unutmamalıyıq ki, bu günlər Azərbaycanın təhlükəsizlik təminatı yoxdur».
«Seçicilərimizə və xalqa növbəti beş il ərzində də İlham Əliyevin Azərbaycanı irəliyə aparmaq platformasını təqdim etmək niyyətindəyik»-, «Üç nöqtə»yə müsahibəsində hakim Yeni Azərbaycan Partiyasının icra kitaba Əli Əhmədov belə deyib. Ə.Əhmədov daha sonra bildirib: «Xalqı İlham Əliyevi sevdiyinə görə qınamaq və bunu Azərbaycanda seçkiqabağı vəziyyətin sönüklüyü kimi təqdim etmək qədər cəfəng fikir təsəvvür etmirəm».
«Yeni Müsavat» yazır ki, «Yeni dərs ilinin başlanması ali məktəblərdə yeni rüşvət mexanizmini ortaya çıxarıb. İndiyə qədər adətən sessiyalar zamanı tələbələrdən rüşvət yığılmasına bir növü hamı adət edib. Yeni rüşvət növü isə sözün əsl mənasında yenilikdir. Ölkənin bütün ali məktəblərində qrup nümayəndələrinin təyinatı prosesi rüşvətlə həyata keçirilir.
Əvvəllər qrup nümayəndəsi qrupdakı tələbələrin seçiminə buraxılırdı və ya ən bilikli tələbə qrupun birincisi təyin olunurdu. Artıq bu ənənəyə son qoyulub. Qrup nümayəndəsi olmaq istəyən tələbə fakültə dekanına rüşvət verməlidir. Rüşvətin məbləği 200-500 manat arasındadır. Bəzi universitetlərdə bu rəqəm hətta 800 manata çatır».

Parlamentin orqanı olan «Azərbaycan» qəzeti 90 illik yubileyini «Gülüstan» sarayında qeyd edib. Mərasimdə çıxış edən Prezidentin İcra Aparatının şöbə müdiri Əli Həsənovun sözlərinə görə, «Azərbaycan» qəzeti qədər azərbaycançılıq ideologiyasını, ümumiyyətlə Azərbaycan anlamının bütün mənəvi-pisixoloji tərəflərini yaşadan, təbliğ edən ikinci bir qəzet yoxdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG