Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:25

Təbliğat-təşviqat kampaniyası başlayır


Prezident seçkiləri oktyabrın 15-də olacaq. Bir sıra aparıcı müxalifət liderləri onun nəticələrini tanımayacaqlarını bəyan ediblər
Prezident seçkiləri oktyabrın 15-də olacaq. Bir sıra aparıcı müxalifət liderləri onun nəticələrini tanımayacaqlarını bəyan ediblər
Sentyabrın 17-dən Azərbaycanda prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası başlayır. Prezidentliyə namizəd 7 nəfər var. Onlar prezident İlham Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, müstəqil namizəd Qulamhüseyn Əlibəyli, Azərbaycan Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğludur.
Seçki Məcəlləsinə görə təbliğat kampaniyası 28 gün davam edib seçkiyə bir gün qalmış dayandırılacaq.

Sentyabrın 17-də həmçinin Mərkəzi Seçki Komissiyasında namizədlərin İctimai Televiziyada çıxış ardıcıllığı ilə bağlı püşkatma olacaq. Namizədlərin digər televiziyalarda çıxışı isə «Reklam haqda» qanunla tənzimlənəcək.

Seçki təbliğatının başlanması ilə əlaqədar isə Yeni Azərbaycan Partiyası mitinq keçirməyi planlaşdırır.

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. Bir sıra aparıcı müxalifət liderləri bu seçkini boykot edərək onun nəticələrini tanımayacaqlarını bəyan ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG