Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:44

«Böyük depressiya» təkrar oluna bilərmi?


«Ümidsiz borclar» problemi bütün dünyaya yayılır
«Ümidsiz borclar» problemi bütün dünyaya yayılır
«Times» qəzeti birinci cümləsində yazır ki, «kimsə milyard dollar itirirsə, bundan mənə nə?». Və cavab verir: hər bir ölkədə banka qoyulan pula müəyyən təminat var. Məsələn, Britaniyada pul qoyduğun bank iflas olarsa, 35 min funt sterlinqəcən qoyduğun pulu geri alırsan, ondan yuxarıya təminat yoxdur.

Sentyabrın 15-də isə dünyada bütün bankların səhmləri qiymətdən düşdü. 2001-ci ilin 11 sentyabrından sonra Amerika birjalarında qiymətlər bir gündə bu qədər düşməmişdi.

«Vaşinqton Post» yazır ki, Amerika səhmdarları bircə gündə 700 milyard dollar itirdilər. Yaponiyada səhmlərin qiyməti 5 faiz ucuzlaşdı. Və artıq sual yaranıb ki, 1929-cu ilin «böyük depressiyası» təkrar oluna bilərmi? 1929-cu ildə Nyu-York Birjasında qiymətlər 17 faiz düşdü, sonra istehsal 54 faiz azaldı, işsizlik 30 faizə çatdı. Bəziləri deyir ki, indiki böhranla 1929-cu ildəkini müqayisə etmək şişirtmədir. Ancaq ABŞ Mərkəzi Bankının keçmiş sədri Alan Qrinspen deyir ki, indiki kimi böhran 100 ildə bir dəfə olur. Bu, artıq 1929-cu illə müqayisədir.

ABŞ-ın 600 milyard dollarlıq «Lehman Brothers» investisiya bankı sentyabrın 15-də iflasa uğradı. «Nyu-York Times» yazır ki, iflas olmağın növbəsi «American International Group» adlı sığorta nəhənginə çatıb. Bu baş versə, artıq enişin qarşısını almaq çox çətin olacaq. Bu şirkət ABŞ-ın Mərkəzi Bankından kömək istəyir. Hələ Amerika tarixində elə presedent yoxdur ki, Mərkəzi Bank sığorta şirkətinə maliyyə versin. Ancaq qəzet yazır ki, deyəsən, Mərkəzi Bank bunu etməli olacaq.

ABŞ-ın Maliyyə naziri Henri Polson isə hesab edir ki, bu böhran aylarla davam edəcək. «Aylarla» sözünü o, optimist mənada işlədir. O deyir ki, bu böhran illərlə davam etməyəcək.
Nazirin fikrincə, hazırkı böhran onsuz da zəifləmiş ABŞ iqtisadiyyatını bundan sonra çox zəiflətməyəcək.

Londondakı NCB maliyyə şirkətinin təhlilçisi Bernard MakAlinden «Azadlıq» radiosuna deyib ki, «indiki qloballaşmış dünyada hamı bir-biri ilə bağlıdır və əgər episentr Amerikadadırsa, problem Amerika ilə məhdudlaşmır. «Ümidsiz borclar» problemi bütün dünyaya yayılır. Ancaq bunun müsbət tərəfi də var - zərbə hamıya dəyəndə, hamı birlikdə də problemi həll edir».

Nobel mükafatı laureatı, Dünya Bankının keçmiş baş iqtisadçısı Cozef Stiqlits də hesab edir ki, 1929-cu il təkrar olunmayacaq. Çünki dünya böhranla mübarizə aparmağın yolunu 80 il əvvəllə müqayisədə daha yaxşı bilir.
XS
SM
MD
LG