Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:32

«GEN» MMC ilə bağlı həbs olunanların sayı 6-ya çatıb


«GEN» MMC tikinti şirkətinin fəaliyyəti ilə bağlı başlanmış cinayət işi üzrə həbs olunanların sayı 6-ya çatıb. Bu haqda «Azadlıq» radiosuna Bakı Şəhər Baş Polis İdarəsinin istintaq şöbəsinin rəisi Etibar Mahmudov məlumat verib. Onun sözlərinə görə, cinayət işinə əlavə üç nəfər də cəlb olunub, ikisi isə axtarışdadır. Biri qadın olduğundan polis nəzarətinə verilib, yeddinci adamın həbs olunması məsələsi isə müzakirə edilir.
«GEN» MMC tikinti şirkəti 500-ə yaxın vətəndaşdan ev tikmək məqsədilə pul alıb. Lakin nə ev tikilib, nə də vətəndaşların pulları geri qaytarılıb. Bu məsələ ilə əlaqədar may ayından başlanan istintaq hələ də davam edir.
XS
SM
MD
LG