Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:53

Herkel məhbus jurnalistlərlə maraqlanıb


Andres Herkelin prezidentliyə namizədlər və KİV rəhbərlərilyə də görüşü gözlənir

Andres Herkelin prezidentliyə namizədlər və KİV rəhbərlərilyə də görüşü gözlənir

Sentyabrın 16-da Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel Bakıda bəzi hüquq müdafiəçiləriylə görüşüb. Söz Azadlığını Müdafiə Komitəsinin sədri Arzu Abdullayeva «Azadlıq» radiosuna deyib ki, görüşdə əsasən seçki prosesi, siyasi məhbuslar, xüsusilə də məhbus jurnalistlərin problemləri müzakirə edilib.
Xanım Abdullayevanın sözlərinə görə, onlar satirik-jurnalist Mirzə Sakitlə bağlı ətraflı danışıblar. Bir müddət əvvəl Mirzə Sakit iddia etmişdi ki, məhbəsdə ona sui-qəsd hazırlanır.
Arzu Abdullayeva deyir ki, onlar bu məsələni Andres Herkelin diqqətinə çatdırıblar.
Hüquq müdafiəçiləri həmçinin həbsdəki digər jurnalistlər Eynulla Fətullayev və Qənimət Zahidin də vəziyyəti, saxlanma şəraiti barədə məlumatları həmməruzəçiylə bölüşüblər.
Komitə sədrinin sözlərinə görə, A.Herkel səfər çərçivəsində Ədliyyə naziri Fikrət Məmmədovla görüşüb məhbus jurnalistlərin problemlərini müzakirə edəcəyinə söz verib.
AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkelin prezidentliyə namizədlər və KİV rəhbərlərilyə də görüşü gözlənir. O, həm də prezident seçkisini izləyəcək AŞ PA müşahidə missiyasının rəhbəridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG