Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:32

«Mənə vətənimi sevməyi Litvada öyrətdilər»


Adilə Əfəndi, 16 sentyabr 2008

Adilə Əfəndi, 16 sentyabr 2008

«Mənə vətənimi sevməyi Litvada öyrətdilər». Bunu Litvada yaşayan azərbaycanlı ziyalı Adilə Əfəndi deyir.

Görkəmli Azərbaycan ziyalısı Sultan Məcid Əfəndiyevin nəvəsi, rəssam Qorxmaz Əfəndiyevin qızı olan Adilə xanım sentyabrın 16-da «Can Bakı» nın qonağı olub. Onun dediyinə görə, təhsilini rus dilində aldığı üçün Bakıda yaşadığı dövrlərdə Azərbaycan dilində danışa bilməyib. Amma Litvaya gedəndən sonra orda doğma dilə, vətənə olan sevgini görəndən sonra türk dilini öyrənib:

«Litvada heç sovet dövründə də öz dilini bilməyən insan olmayıb. Mən və atam dəbin qurbanı olaraq rusca oxumuşduq».

Rəssam olan Adilə Əfəndi deyir ki, hazırda bütün dünyada rəssamların vəziyyəti eyni cürdür:

«Onlara əsl qiyməti öləndən sonra verirlər. Yalnız bundan sonra əsərləri satılır».

Qonaq onu da deyir ki, Bakıdakı inşaatı görəndə ikili hisslər keçirir:

«Bir tərəfdən sevinirəm ki, bu cür inkişaf gedir. Amma tikintilərlə yanaşı, abidələrə qayğı olmadığını görəndə pis oluram. Litvada tarixi abidələrin hər daşını sabunla yuyub qoruyurlar».

Buna da bax:

XS
SM
MD
LG