Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:33

«Bizim Yol»: «Köhnə qvardiya» təcrid olunur»


«Prezidentin vəkillərinin əksəriyyəti gənc və orta nəslin nümayəndələridir»
«Prezidentin vəkillərinin əksəriyyəti gənc və orta nəslin nümayəndələridir»
«Bizim Yol» son vaxtlar hakimiyyət daxilində nüfuz savaşının qızışdığını, hakim Yeni Azərbaycan Partiyasının (YAP) tədricən ictimai-siyasi proseslərdən təcrid olunduğunu yazır.
Məqalədə o da vurğulanır ki, «İlham Əliyevin vəkillərinin siyahısının açıqlanması veteran YAP-çıları əməlli-başlı həyəcanlandırıb. Qəzetə bu barədə bildirən mənbənin sözlərinə görə, Əli Əhmədov, Gülər Əhmədova və digərlərinin siyahıdan kənarda qalması YAP elitasını məyus edib: «Prezidentin vəkillərinin əksəriyyəti gənc və orta nəslin nümayəndələridir. Onların arasında olimpiya çempionu Elnur Məmmədli, «İrəli» Ümumrespublika Gənclər Hərəkatının həmsədri Ceyhun Osmanlı kimi yeni simalar var. Bu isə onu göstərir ki, təbliğat-təşviqat kampaniyası dövründə müxalifətçi «donu» geyinən Rəfael Hüseynov, parlamentin söyüş simvolu Əhəd Abıyevlə bərabər «vitrin»də gənclər də olacaq».

«40 yaşda özümü nə qocalmış hiss edirəm, nə də yeniyetmə»-, «Yeni Müsavat» yazır ki, «seçki təbliğatına start verilən gün Ümid partiyasının sədri İqbal Ağazadənin 40 yaşı tamam olur».
Milli Məclisin orqanı olan «Azərbaycan» qəzetinin 90 yaşı tamam olur. Bununla əlaqədar olaraq qəzetin 16 sentyabr sayında silsilə məqalələr yer alıb. Jurnalist Rəsmiyyə Rzalı yazır: «Sözlə ifadəsi olmayan qürur yaşayırıq. «Azərbaycan»ın 1918-1920-ci illərdəki hər səhifəsində böyük Üzeyir bəyin, Məmməd Əmin Rəsulzadənin, Əhməd Cavadın, Şəfi bəy Rüstəmbəylinin və dövrün neçə-neçə ziyalıların imzaları görünür, nəfəsləri duyulur».

Deputat Tahir Rzayev «Üç nöqtə»yə müsahibəsində «qəti şəkildə əminliyini bildirib ki, xalq müxalifəti dəstəkləmir». O, fikrini belə əsaslandırıb ki «xalq müxalifət partiyalarının perspektivlərinə inanmır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG