Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:18

Prezidentliyə iddialının şikayəti təmin edilməyib


Sentyabrın 15-də Apellyasiya Məhkəməsi prezidentliyə namizədliyini irəli sürmüş Arif Əliyevin şikayətini təmin etməyib. Arif Əliyev onun sənədlərini qəbul etməməsinə görə Mərkəzi Seçki Komissiyasını (MSK) məhkəməyə vermişdi.

MSK-nın mətbuat katibi Azər Sarıyev «Azadlıq» radiosuna bildirib ki, Arif Əliyev topladığı imzaları komissiyaya Seçki Məcəlləsiylə nəzərdə tutulmuş vaxtdan gec təqdim etdiyi üçün onun sənədlərinə baxılmayıb.
Arif Əliyev isə bildirir ki, ona qarşı qərəzli münasibət olub, amma qərardan kasasiya şikayəti verməyəcək.

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. Prezidentliyə 7 nəfərin namizədliyi qeydə alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG