Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:41

ATƏT-in rəyi seçkidən bir gün sonra açıqlanacaq


ATƏT-in müşahidə missiyasının rəhbəri İctimai Teleradioda (İTV) olub. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda prezident seçkisinin gedişini izləyəcək missiyasının rəhbəri, səfir Boris Frles və missiyanın media üzrə təhlilçisi Rasto Kuzel sentyabrın 15-də İTV-nin baş direktoru İsmayıl Ömərovla görüşüb.
Cənab Frles deyib ki, missiyanın Bakıdakı qərargahında çalışan 40 müşahidəçi 23 ölkənin təmsilçiləridir. İki qrupa ayrılan müşahidəçilər ölkənin müxtəlif regionlarında müşahidə aparır. Seçkilərə bir neçə gün qalmış müşahidə missiyasına daha 450 müşahidəçi qoşulacaq.
Boris Frles: «Bizim vəzifəmiz – müşahidə etmək və müdaxilə etməməkdir. Biz yalnız müşahidə edir, hesabat hazırlayır və tövsiyələr veririk. Biz seçkilərin legitim olub-olmaması haqqında nəticə çıxarmırıq. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu AŞ PA-dan olan tərəfdaşları ilə birlikdə öz rəyini seçkidən bir gün sonra açıqlayacaq».
ATƏT rəsmisi onu da bildirib ki, seçki prosesi boyunca İTV-nin fəaliyyəti izlənəcək. Monitorinqin nəticələri hər həftə teleradionun rəhbərliyi ilə müzakirə ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG