Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:56

Qəzada ölənlər arasında azərbaycanlılar da var


Təyyarənin qəzaya uğradığı ərazi Transsibir dəmir yolu bölgəsi olduğundan, ərazidən keçən dəmir yolu xəttinə də zərər dəyib

Təyyarənin qəzaya uğradığı ərazi Transsibir dəmir yolu bölgəsi olduğundan, ərazidən keçən dəmir yolu xəttinə də zərər dəyib

Rusiyanın Ural bölgəsinin Perm şəhəri yaxınlığında «Boinq-737» tipli təyyarə qəzaya uğrayıb. Rusiya Fövqəladə Hallar Nazirliyi təyyarədə 83 sərnişinin və 5 ekipaj üzvünün olduğunu, təyyarədəkilərin hamısının qəza nəticəsində öldüyünü açıqlayıb.
Qəzada 21 nəfər xarici vətəndaşın həlak olduğu bildirilir. Bu barədə «Aeroflot» aviaşirkəti xəbər verib.

Rusiyanın Fövqəladə Hallar naziri Serqey Şoyqu deyib ki, dəqiqləşdirilmiş məlumata görə həlak olanların 7-si Azərbaycan vətəndaşıdır.

Təyyarə Moskvanın Şeremetyeva aeroportundan yerli vaxtla saat 01.12-də havaya qalxıb, təxminən 1800 metr yüksəklikdə olarkən isə təyyarə ilə əlaqə kəsilib.

Qəzanın baş vermə səbəbi hələlik bilinmir.

Təyyarənin qəzaya uğradığı ərazi Transsibir dəmir yolu bölgəsi olduğundan, ərazidən keçən dəmir yolu xəttinə də zərər dəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG