Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:30

«Seçkini bir aktyorun teatrına çeviriblər»


«Tolerantlıq» İctimai Birliyinin sədri Azər Rəşidoğlu
«Tolerantlıq» İctimai Birliyinin sədri Azər Rəşidoğlu
«Hakimiyyət elə namizədləri qeydə alıb ki, onlar İlham Əliyevin fonunda çox zəif görünsünlər».

Bunu «Tolerantlıq» İctimai Birliyinin sədri Azər Rəşidoğlu «Seçki qatarı» verilişində deyib. Onun fikrincə, namizədlərin bu cür seçilməsində məqsəd İlham Əliyevin 80 faizdən yuxarı səs toplamasına şərait yaratmaqdır.

Siyasi şərhçi hesab edir ki, əslində, İlham Əliyev o qədər də güclü siyasətçi deyil: «O, rəqabətə davamlı olmadığına görə seçkini bir aktyorun teatrına çeviriblər».

Seçki Texnologiyaları İnstitutunun rəhbəri Şirzad Məmmədli isə hesab edir ki, bu seçkidə iki güclü qüvvənin toqquşması yoxdur: «Elə ona görə də seçki maraqsız görünür. Lakin bu nə parlament seçkisidir, nə də bələdiyyə. Prezident seçkisidir və buna görə də istənilən halda proses maraqlı olacaq».

Ş. Məmmədli deyir ki, bu seçkinin əsas sualı kimin ikinci olacağıdır: «Kimin birinci olacağı sualı 2003-də gündəmdə idi. Onda da bu suala cavab tapıldı. Bu dəfə isə yarış ikincilik uğrunda gedəcək».

Hüquqşünas Erkin Qədirli isə dedi ki, hələlik ictimaiyyətin diqqətini cəlb edən hansısa bir kampaniya keçirilmədiyinə görə seçki prosesinə maraq yoxdur. Onun fikrincə, seçki tək siyasətçilərin işi deyil: «Bu həm də vergi ödəyiciləri kimi vətəndaşların mədəniyyətidir».

Ətraflı verilişin audiosunda Dinlə

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG