Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:13

Prezidentlik uğrunda 7 nəfər yarışacaq


Mərkəzi Seçki Komissiyasının binası

Mərkəzi Seçki Komissiyasının binası

Sentyabrın 13-də Mərkəzi Seçki Komissiyası (MSK) daha iki nəfərin Azərbaycan prezidentliyinə namizədliyini qeydə alıb. Bunlar müstəqil namizəd Qulamhüseyn Əlibəyli və Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevdir.

Bununla oktyabrın 15-də keçiriləcək seçkidə namizədlərin sayı 7-yə çatıb.

1. İlham Əliyev (Yeni Azərbaycan Partiyasının sədri)

2. İqbal Ağazadə («Ümid» Partiyasının lideri)

3. Hafiz Hacıyev (Müasir Müsavat Partiyasının sədri)

4. Fazil Qəzənfəroğlu (Böyük Quruluş Partiyasının başqanı)

5. Qüdrət Həsənquliyev (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri)

6. Qulamhüseyn Əlibəyli (müstəqil namizəd)

7. Fuad Əliyev (Azərbaycan Liberal Demokrat partiyasının sədri)

MSK qeydiyyat mərhələsinin başa çatdığını elan edib. Sentyabrın 17-də namizədlərin təşviqat kampaniyasına start veriləcək.

«Ənənəvi müxalifət»in demək olar, bütün liderləri seçkiləri boykot edirlər.
XS
SM
MD
LG