Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:18

BMT-də Azərbaycanın işğal olunmuş əraziləri müzakirə ediləcək


BMT Baş Assambleyasının 63-cü sessiyasının rəsmi açılışı sentyabrın 16-da olacaq

BMT Baş Assambleyasının 63-cü sessiyasının rəsmi açılışı sentyabrın 16-da olacaq

BMT Baş Assambleyasının 63-cü sessiyasının gündəliyinə Azərbaycanla bağlı iki məsələ salınıb.

Gündəliyin 13-cü bəndi «GUAM məkanında «dondurulmuş» münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri», 16-cı bəndi isə «Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət» adlanır.

BMT Baş Assambleyasının 63-cü sessiyasının rəsmi açılışı sentyabrın 16-da olacaq.

Ümumilikdə sessiyanın gündəliyinə 160-dan çox məsələ salınıb. Onlardan ən əsasları sülh və təhlükəsizliyin təmin olunması, terrorizmlə mübarizə, insan haqları və ətraf mühitin qorunması, sosial və iqtisadi inkişaf məsələləridir.

Sessiya çərçivəsində Azərbaycan, Türkiyə və Ermənistan Xarici İşlər nazirlərinin görüşü nəzərdə tutulub. Tədbir çərçivəsində, həmçinin GUAM ölkələri XİN başçıları Şurasının növbəti iclası da keçiriləcək. / APA /

Günün bütün mövzuları

XS
SM
MD
LG