Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:19

Sabiq spiker: «Bütün seçkilərə qatılmaq mənasızdır»


«Müxalifətdə yeniləşmə prosesi gedir və getməlidir»
«Müxalifətdə yeniləşmə prosesi gedir və getməlidir»
«Mən seçki prosesində iştirak etmirəm və etməyəcəyəm də. İndi seçkilərdə iştirak edənlər var. Mən sadəcə prosesləri müşahidə edəcəyəm və sonda da vətəndaşlıq borcumu yerinə yetirib səsvermədə kimə istəsəm ona səs verəcəyəm». Azərbaycan parlamentinin sabiq spikeri Yaqub Məmmədov «Ekspress»ə müsahibəsində belə deyib.
«Ölkədə siyasi fəaliyyət üçün bütün şəraitin yaradıldığını düşünürsünüz» sualını Y.Məmmədov belə cavablandırıb:
«Baxır ki necə, hansı məqsədlə fəaliyyət göstərmək istəyir. Şəxsən mən hesab edirəm ki, şərait var, fəaliyyət göstərmək də, seçkiyə qatılmaq da olardı. Hərə öz sözünü deyərdi, üstəlik mətbuatda çıxışlar edib, xalqa öz sözünü çatdırmaq da mümkün idi…»
«Partiya dəyişir, zaman dəyişir, yeni şərait, tələblərə uyğun olaraq taktikalar, siyasətlər dəyişir. Müxalifətdə də yeniləşmə prosesi gedir və getməlidir. Mən buna təbii bir şey kimi baxıram. Burada qeyri-adi bir şey yoxdur»-, deyə Y.Məmmədov bildirib.

«Yeni Müsavat» yazır ki, «Heydər Babayevin qohumu həbsdən buraxıldı».
«İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Antiinhisar Xidmətinin (DAX) sabiq rəisi, Samir Dadaşov həbsdən buraxılıb. Onun barəsindəki həbs qəti-imkan tədbiri «xəstəliyinə görə» dəyişdirilib».
Onun və xidmətin daha 5 əməkdaşı haqqında rüşvət alma maddəsi ilə ittiham cinayət işi başlanıb.

«Türkiyə böyük siyasətin nüfuzlu oyunçularından biridir»- «Üç nöqtə»yə müsahibə verən deputat Aydın Mirzəzadə belə deyir.
«Cənubi Qafqazda cərəyan edən proseslər müstəvisində sanki Türkiyənin Qərb, yaxud Rusiya tərəfindən istiqamətləndirildiyi müşahidə olunur» sualını deputat belə cavablandırır - «Türkiyə təsir altına düşən ölkə deyil. O həmişə qüdrətli dövlət olub. Türkiyə öz maraqlarını qorumaq üçün və regionda yenə də fəal münasibət göstərmək əzmində olduğunu nümayiş etdirir».

Heydər Əliyevin əsərlərinin 23-cü cildi çapdan çıxıb. Bu bərədə «Yeni Azərbaycan» məlumat verib. Nəşrin buraxılışına məsul Prezidentin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG