Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:00

Nazirlərin görüşü Nyu-Yorkda olacaq


BMT Baş Assembleyasının Nyu-Yorkda başlayacaq 63-cü sessiyası çərçivəsində Türkiyə, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü olacaq. Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahimin verdiyi məlumata görə, Türkiyənin Xarici İşlər naziri Əli Babacan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla artıq bununla bağlı danışıqlar aparıb.
Analoji təkliflə bağlı Əli Babacan Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyanla da danışıb və təklifin qəbul olunduğunu bildirib.
Babacan Ermənistanla Türkiyə arasındakı danışıqların intensivləşdirilməsi barədə razılığa gəldiklərini söyləyib.

BMT Baş Assembleyasının sessiyası sentyabrın 16-da başlayacaq.
XS
SM
MD
LG