Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:32

Təhsil naziri: «Şagirdlər azalır, müəllimlər artır»


Misir Mərdanov: «Son illər orta məktəblərdə şagirdlərin sayının sürətlə azaldığı halda müəllimlərin sayının 11 min nəfər artıb»

Misir Mərdanov: «Son illər orta məktəblərdə şagirdlərin sayının sürətlə azaldığı halda müəllimlərin sayının 11 min nəfər artıb»

«Yeni təhsil ilində müəllim və şagirdləri bir çox yeniliklər gözləyir». Bunu Təhsil naziri Misir Mərdanov bildirib.
«Ekspress» yazır ki, M.Mərdanovun sözlərinə görə, ən böyük yenilik bu ildən başlayaraq bütün məktəblərdə şagirdlərin vahid məktəbli forması geyməsi olacaq: «Yeni dərs ilindən Azərbaycanın bütün şagirdləri məktəbli forması ilə dərsə gedəcək».
Son illər orta məktəblərdə şagirdlərin sayının sürətlə azaldığını bildirən Mərdanov əvəzində müəllimlərin sayının 11 min nəfər artdığını deyib: «Bu məni çox narahat edir. Ona görə də biz bütün bölgələrdə məktəbə müəllim qəbulunu dayandırmışıq. Müəllimlərin sayının sürətlə artması məktəblərdə müəllim bolluğu yaratmaqla yanaşı dövlətin büdcə xərclərini də çoxalmasına səbəb olur. Ona görə də biz qərara gəlmişik ki, bundan sonra orta məktəblərə müəllim qəbulu yalnız Təhsil Nazirliyinin razılığı ilə aparıla bilər. Əgər hansısa rayonda pedaqoji kadrlara ehtiyac varsa, həmin rayonun təhsil şöbəsi vakant yerə iddiaçı müəllimlərin sənədlərini nazirliyə göndərməli və bu məsələyə birgə baxılmalıdır. Sonda isə hansı iddiaçının işə götürülməli olduğu haqda ümumi rəy veriləcək».

«Yeni Azərbaycan»
«müxalifətdəki təzadlı məqamlar»dan yazır. Qəzet iddia edir ki, «boykot»çuların birgə açıqlaması saxta, böhtançı arqumentləri özündə əks etdirir».

Daha sonra məqalə müəllifi yazır: «Mövcud şərait onlara sərf etmədiyi üçün bəri başdan seçkilərin «ədalətsiz keçiriləcəyi» proqnozu ilə çıxış edənlər paytaxtın nə bahalı otellərindən olan «Kaspian Plaza»da əyləşib hər biri «bir ton» ağırlığında olan ittihamları hakimiyyətə ünvanlanmağa özlərində cürət tapırlar…»

AXCP sədri Əli Kərimli «Bizim Yol»a müsahibəsində deyir ki, «hökumət özünü Rusiyadan gələn təzyiqlərə açıq elan edib».
«Əslində hökumət Rusiyanı da yox, öz kürsülərini və avtoritarizmi müdafiə edirlər. Avtoritarizm isə bu dəfə Rusiyadan gəlir. İnanın ki, əgər avtoritarizmin qalası başqa bir dövlət olsaydı, hakimiyyət həmin dövlətlə sıx əlaqədə olardı. Məhz avtoritar ölkələrə hamilik etdiyinə görə hakimiyyətin daxilində Rusiyaya böyük rəğbət var. Çünki rəsmi Moskva ilə öz hakimiyyətləri arasında bir mənəvi qohumluq görürlər. Xalqı əzmək, seçkiləri saxtalaşdırmaq, daxili və xarici ictimai rəylə hesablaşmamaq, şəxsi mənafeyi millətin maraqlarında üstün tutmaq, bu cəhətlər rəsmi Bakı ilə Kremli qohum edir».
«Eks-prezidentin rəhbərlik etdiyi təşkilatların ömrü uzun olmur»-, bunu «Yeni Müsavat» yazıb.
«Hazırda Rusiyada mühacir həyatı yaşayan eks-prezidet Ayaz Mütəllibovun həmsədri olduğu Azərbaycan Sosial Demokrat Partiyası parçalanmaq ərəfəsindədir. Əslində partiyada bu proseslər artıq başlayıb. Belə ki, partiya rəhbərliyində təmsil olunan Elşən Manafov təşkilatdan uzaqlaşdırılıb. O bildirib ki, təşkilat daxilində Ayaz Mütəllibovla digər həmsədr Araz Əlizadə arasında narazılıq var».

Günün bütün mövzuları

XS
SM
MD
LG