Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:25

«Türkiyə Rusiya ilə yaxınlaşmağı Bakı ilə münasibətlərdən üstün tutur»


Pol Qobl

Pol Qobl

«Azadlıq» radiosunun Praqadakı baş ofisi ilə keçirdiyi video-konfransda (telekörpü) amerikalı politoloq Pol Qobl müxbirlərin Qafqazdakı vəziyyətə dair suallarını cavablandırıb.

P. Qoblun fikrincə, Rusiya bir müddət Qarabağla bağlı siyasətində ehtiyatlı olmağa çalışacaq. O, bunun səbəbini belə izah edir:

«Yaxın zamanda Rusiya digər münaqişə zonalarına qarışmayacaq. Çünki Rusiya elə bir fikir yaratmaq istəmir ki, onun regionda güc işlətməsi tendensiyaya çevrilir».

P. Qobl əmindir ki, Moskva ilə danışıqlar onu tamamilə inkar etmək siyasətindən daha yaxşıdır:

«Hətta «soyuq müharibə» zamanı tərəflər bütün məsələlərdə zidd mövqelərdən çıxış etmirdilər. Və əksinə, ən isti münasibətlər zamanı, məsələn Boris Yeltsinin vaxtında tərəflər arasında heç də mütləq yekdillik yox idi. Ümid edirəm ki, Gürcüstan hadisələrindən sonra da belə olacaq. Bəzi məsələlərdə fikir ayrılıqlarına baxmayaraq, ABŞ-ın Rusiya ilə münasibətləri ortaq maraqların əsasında qurulacaq»

Son olayların Azərbaycana təsirindən danışan P. Qobl deyir ki, Azərbaycanı qorxudan nə Rusiyanın hərəkətləri, nə enerji layihələrinə dəyən zərbələr oldu. Bəs nədir Bakını sarsıdan? P. Qoblun fikrincə, Türkiyə:

«Türkiyənin regiondakı yeni rolu Bakını Rusiyanın Osetiyadakı hərəkətlərindən də çox sarsıdıb… Bakıda adamları daha çox maraqlandıran sual odur ki, Azərbaycanın yeni vəziyyətdəki rolu nədən ibarətdir. Elə bir vəziyyət ki, Türkiyə Rusiya ilə yaxınlaşmağı Azərbaycanla olan münasibətlərdən üstün tutur. Azərbaycan üçün ən böyük sual hazırda məhz budur».

Gürcüstan hadisələri zamanı Azərbaycan rəhbərliyinin siyasətinə qiymət verən şərhçi deyir:

«Heydər Əliyevdən fərqli olaraq, İlham Əliyev gəncdir. O özünü hələ ən azı daha 20 il siyasətdə, hakimiyyətdə görür. Buna görə də öz hakimiyyətini Moskva tərəfdən yönələ biləcək hər hansı təhlükədən sığortalamaq üçün o, yalnız bir tərəflə dostluq edə bilməz».

Qeyd: Pol Qobl Azərbaycan Diplomatiya Akademiyasının Tədqiqat Mərkəzinin rəhbəridir

Günün bütün mövzuları

XS
SM
MD
LG