Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:32

Əli Kərimli: «Dərhal real əməkdaşlığa başlamalıyıq»


«Bizim sentyabrın 5-də imzaladığımız birgə bəyanat əməkdaşlığa başlamaq üçün zəmini yaradır»

«Bizim sentyabrın 5-də imzaladığımız birgə bəyanat əməkdaşlığa başlamaq üçün zəmini yaradır»

Müxalifətin seçkiləri boykot etməklə bağlı sazişi ictimaiyyətin diqqət mərkəzindədir. Hadisəyə müxtəlif yanaşmalar var və bu ətrafda ciddi müzakirələr başlayıb. Müxalifət nə etmək niyyətindədir? «Bizim Yol»un suallarını AXCP sədri Əli Kərimli cavablandırır.
«Yəni bizim sentyabrın 5-də imzaladığımız birgə bəyanat hələ əməkdaşlığa başlamaq üçün zəmini yaradır, nəinki proses başa çatmır. Bu, olsa-olsa gələcək əməkdaşlığın təməlidir. Ona görə də həmvətənlərimiz bilsinlər ki, biz yalnız sənədi imzalamaqla işimizi bitmiş saymırıq. Özü-özlüyündə təkcə bu bəyanatla çıxış etmək hər hansı bir ciddi nəticəyə gətirib çıxara bilməz. Daha ciddi nəticələr, yəni demokratik dəyişikliklər üçün ciddi müxalifət qüvvələrinin prinsipial iş birliyi olmalıdır. Bizim hədəfimiz də bundan ibarətdir».
Əmanətlərlə bağlı prezidentliyə namizədlərə müraciət edilib. Müraciəti edən iqtisadçılar bildiriblər ki, «əmanətlərin qaytarılması aktual məsələdir». Bu barədə «Yeni Müsavat» yazıb. Ekspert Vüqar Bayramov deyir ki «Əmanətlər qaytarıldıqdan sonra hətta Avropa Məhkəməsinə qədər davam edəcək mübahisələr ola bilər».
«Qazın qiyməti arta bilər». «Ekspress» yazır ki, «Azəriqaz» gələni ilin satış qiymətinə yenidən baxmaq istəyir.
Milli Məclisin payız sessiyası öz işinə oktyabrın 2-də start verəcək. «Yeni Azərbaycan» yazır ki, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası ilk iclasında 13 qanun layihəsini müzakirə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG