Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:01

Avropa Birliyi Ukrayna ilə vizasız rejimə keçmək niyyətindədir


Ukrayna prezidenti Viktor Yuşşenko əmindir ki, ölkəsi 2009-cu ilin sonuna qədər Avropa Birliyi (AB) ilə «Assosiasiya haqqında» saziş imzalayacaq.

Ukrayna lideri bunu sentyabrın 9-da Parisdə AB-Ukrayna sammitindən sonra deyib.

«Assosiasiya haqqında» saziş Ukraynanın AB-yə üzvlüyü üçün atılmış ilk addım sayılır.

Hazırda AB-yə sədrlik edən Fransa prezidenti Nikola Sarkozi deyib ki, sazişin imzalanması Ukrayna üçün yeni imkanlar açacaq. Amma o, gələcəkdə Ukraynanın AB-yə üzvlüyünün mümkünlüyü haqda birbaşa heç nə deməyib.

Sarkozi onu da əlavə edib ki, AB Ukrayna ilə vizasız gediş-gəliş barədə danışıqlara başlamaq niyyətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG