Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:57

Rusiya rəsmən Abxaziya və Cənubi Osetiya ilə diplomatik əlaqələr yaratdı


Bunu Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov tanınmamış Abxaziya və Cənubi Osetiyadan olan həmkarları Sergey Şamba və Murat Cioyevlə görüşdən sonrakı mətbuat konfransında deyib.
S.Lavrov həmçinin jurnalistlərə deyib ki, Abxaziya və Cənubi Osetiyada Rusiyanın sülhməramlıları deyil, daimi qoşunları olacaq.

Rusiyanın müdafiə naziri Anotoli Serdyukov isə Rusiya prezidenti Dmitrii Medvevə bildirib ki, tanınmamış respublikaların hər birində «hardasa 3800 hərbiçi yerləşdiriləcək».

Rusiya Abxaziya və Cənubi Osetiya müstəqilliyini avqustun 26-da tanıyıb. Rusiyadan başqa bu ərazilərin müstəqilliyini Nikaraqua da tanıyıb.
XS
SM
MD
LG