Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:50

Boykotçuların koalisiyası genişlənir


AXCP sədri Əli Kərimli deyir ki, həm hakimiyyətin təzyiqləri ilə onların resurslarının sıradan çıxarılması, həm əhalidə seçki fəallığının aşağı olması, həm də regionda gedən mürəkkəb proseslər fəal kütləvi aksiyalara imkan vermir

AXCP sədri Əli Kərimli deyir ki, həm hakimiyyətin təzyiqləri ilə onların resurslarının sıradan çıxarılması, həm əhalidə seçki fəallığının aşağı olması, həm də regionda gedən mürəkkəb proseslər fəal kütləvi aksiyalara imkan vermir

Prezident seçkisinin legitimliyinə şübhə edən beş siyasi qüvvənin yaratdığı koalisiyaya Klassik Xalq Cəbhəsi Partiyasının da qoşulacağı gözlənilir. Bu barədə «Azadlıq» radiosuna məlumat verən Klassik Xalq Cəbhəsi Partiyası Məclisinin sədri Zəlimxan Məmmədli deyir ki, məsələ partiyanın İdarə Heyətinin sentyabrın 10-da keçiriləcək toplantısında müzakirə ediləcək. Z.Məmmədli bildirir ki, İdarə Heyətində əksəriyyət müxalifətin birgə əməkdaşlığında maraqlıdır:

«Ona görə ki, konsolidasiya mili maraqlar çərçivəsindədir. İndi mili maraqlar təhlükədədir. Bunun özü bizə stimul verir ki, mili qüvvələrin bir araya gəlməsinə və demokratiyanın oturaqlaşmasına nail olaq».

İndilikdə isə bu koalisiyaya «Azadlıq» blokundakı partiyalar, Müsavat və «Azərbaycan Naminə» İctimai Forum daxildir.
Zəlimxan Məmmədli deyir ki, onlar bu koalisiyadan başqa, hətta Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə ikitərəfli əməkdaşlıqda maraqlıdırlar. Onun fikrincə, artıq keçmiş umu-küsüləri bir kənara atmağın vaxtıdır. Məmmədli hətta bu iki qüvvənin gələcəkdə keçmişdə olduğu kimi, bir yerdə olmalarını da istisna etmir.
Klassik Xalq Cəbhəsi Partiyasından başqa, Açıq Cəmiyyət Partiyasının da bu koalisiya ilə gələcək əməkdaşlığı mümkündür. Bunu isə həmin partiyanın sədri Akif Şahbazov deyir. Ancaq A.Şahbazov hesab edir ki, bu əməkdaşlıq kiminsə-kiməsə qoşulması ilə yox, müxalifətin daha geniş anlamda bir araya gəlməsi ilə baş tutmalıdır.
Ancaq bütün bu təmərküzləşmə prosesinə baxmayaraq seçkinin legitimliyinə şübhə edən bu koalisiyanın yaxın zamanlarda fəal etirazlara başlayacağı gözlənilmir. Baxmayaraq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyir ki, onların məqsədi nəticə olaraq bu prosesi geniş xalq hərəkatına çevirməkdir. Kərimli bildirir ki, həm hakimiyyətin təzyiqləri ilə onların resurslarının sıradan çıxarılması, həm əhalidə seçki fəallığının aşağı olması, həm də regionda gedən mürəkkəb proseslər fəal kütləvi aksiyalara imkan vermir:

«Bilirsiniz indiki qeyri-müəyyənlikdə Azərbaycan həm müxtəlif təzyiqlərə, həm də müxtəlif təxribatlara açıq ölkədir. Bulanıq suda balıq tutmaq istəyənlər çoxdur. Biz həm hakimiyyətə təzyiq edirik, həm də düzgün seçim edərlərsə, onlara dəstək verərik ki, Azərbaycan sivil dünya ilə bir yerdə olsun».

Seçki mütəxəssisi Məhərrəm Zülfüqarlı isə deyir ki, əgər müxalifətin gücü olsa, indinin özündə belə kütləvi aksiyalara başlaya bilər. Onun fikrincə, sadəcə müxalifətin buna gücü çatmır:
«Uzun illərdir ki, eyni metodlarla mübarizə aparırlar. Məqsədləri özlərinə mandat qazanmaqdır. Mandat qazanmayanda da, başqa mandat alanlara qara yaxırlar. Bu, artıq Azərbaycan cəmiyyətini doydurub».
M.Zülfüqarlı müxalifətin passivliyinin səbəblərindən biri kimi regionda gedən mürəkkəb proseslərin göstərilməsi ilə razılaşmır. Onun fikrincə, regionda indi yox, artıq 20 ildir mürəkkəb proseslər gedir.
Məhərrəm Zülfüqarlı deyir ki, müxalifət xalqla işləməyi bacarmayacaqsa, onun fəaliyyəti quru bəyanatlardan uzağa getməyəcək.

Şərhləri göstər

XS
SM
MD
LG