Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:57

«Azərbaycan enerji təhlükəsizliyində vacib faktora çevrilib»


Baş nazirin müavini Yaqub Eyyubov

Baş nazirin müavini Yaqub Eyyubov

«Son beş ildə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib». Baş nazirin müavini Yaqub Eyyubov Azərbaycan-Türkmənistan neft-qaz konfransında belə deyib. Onun sözlərinə görə, 2008-ci ildə Bakı-Tbilisi-Ceyhan kəməri ilə 40 milyon, gələn il isə 50 milyon ton neft daşınacaq:
«Nabucco» da həyata keçəcək. Azərbaycanın qaz ehtiyatları ən minimal həcmdə 2 trilyon kubmetrdir. Bu, imkan verir ki, Azərbaycan yaxın 100 ildə özünü qazla təmin etsin».
Yaqub Eyyubov bildirir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün vacib faktora çevrilib:
«Yaxın gələcəkdə dünyanın neft sektorunda Azərbaycanın önəmi daha da artacaq. Biz həm öz ehtiyaclarımızı ödəyirik, həm də Xəzər neftinin Gürcüstan-Ukrayna-Polşa marşrutu üzrə Avropaya nəqli üzrə işimizi davam etdiririk».
Türkiyənin Enerji naziri Hilmi Gülər isə deyir ki, indi əsas hədəf «Nabucco»dur:
«Biz onu həyata keçirməyi bacaracağıq. Buna heç kimin şübhəsi olmasın».
Gülər deyir ki, böyük layihələri gerçəkləşdirən zaman ekoloji məsələlərə də böyük önəm verilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG