Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:36

Mollaçıyev sentyabrın 7-də öldürülüb


İlqar Mollaçıyev (fotoda ortada)

İlqar Mollaçıyev (fotoda ortada)

Bakıdakı «Əbu Bəkr» məscidini partlatmaqda şübhəli bilinən İlqar Mollaçıyev sentyabrın 7-də öldürülüb. Dağıstan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Mark Tolçinksi «Azadlıq» radiosuna belə deyib:

«Axşam saat 9 radələrində Dağıstanın Məhərrəmkənd rayonunun Novo Ursu kəndi yaxınlığında milis Mollaçıyevi məhv edib. Onunla birlikdə daha üç terrorçu da məhv edilib».

Tolçinskinin sözlərinə görə, Dağıstan DİN-in əməkdaşları Mollaçıyevin olduğu maşını mühasirəyə alarkən onlar milisə silahlı müqavimət göstəriblər.

Əməliyyat zamanı polislərdən xəsarət alan olmayıb.

Dağıstan Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, qruplaşmanın başqa üzvlərinin axtarışı davam etdirilir.

Əslən Zaqataladan olan İlqar Mollaçıyevin «Meşə qardaşları» dini qruplaşmasının lideri olduğu deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG