Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:05
Pakistan Xalq Partiyasının lideri, ötən il qətlə yetirilmiş keçmiş Baş nazir Bənazir Bhuttonun əri Asif Əli Zərdari Pakistanın yeni prezidenti seçilib.

Pakistanda prezidenti parlament və 4 əyalət məclisi seçir. Qanuna əsasən, onlar bir vaxtda iclas keçirib, dövlət başçısını seçirlər.

Hələlik bütün bülletenlər sayılmayıb, amma Zərdari artıq qələbə üçün lazım olan 352 səsi alıb.

Pakistanın əvvəlki prezidenti Pərviz Müşərrəf impiçment təhlükəsi altında avqustun 18-də istefa verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG