Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:08

Hans Yurgen Gede: «Söz verirəm ki, «Neftçi»nin uğurları olacaq»


Sentyabrın 5-də «Neftçi» futbol klubunun almaniyalı baş məşqçisi Hans Yurgen Gedenin təqdimetmə mərasimi olub.

«Neftçi»nin yeni baş məşqçisi mətbuat nümayəndələrinin qarşısında klubla müqavilə bağlayıb.

Gede bildirib ki, «Neftçi» klubunun baş məşqçisi təyin olunmamışdan əvvəl bu komandanın bir çox oyunçularını tanıyırmış:

«Çox sevinirəm ki, «Neftçi» kimi klubda işləyəcəyəm. Hələ Azərbaycan yığma komandasında fəaliyyət göstərərkən, bu komandanın bir çox futbolçularının oyunlarını izləmişdim. Sizə söz verirəm ki, bizim uğurlarımız olacaq».

Almaniyalı məşqçi «Neftçi»dən əvvəl Azərbaycan yığma komandasında köməkçi-məşqçi işləyib.

Mətbuat konfransında iştirak edən «Neftçi» klubunun vitse-prezidenti İlqar Quluzadə müqavilənin şərtləri barədə məlumat verib. Klub rəsmisi qeyd edib ki, Gede ilə «2+1» şərti ilə müqavilə bağlanılıb. / Trend /
XS
SM
MD
LG