Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:36

«Misir Mərdanov bir azdan süpürgəçini də özü təyin edəcək»


«Bu, analoqu olmayan avtoritar addımdır»

«Bu, analoqu olmayan avtoritar addımdır»

«Azadlıq» qəzeti:

Təhsil naziri Misir Mərdanov rayon təhsil şöbələrinin müdirlərinə orta məktəblərə müəllim qəbulunu qadağan edib. Nazirin fikirlərindən belə anlaşılır ki, o, yerli təhsil şöbələrinin işə götürdüyü müəllimlərin səviyyəsindən narazıdır...

«21-ci əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev hesab edir ki, orta məktəb müəlliminin nazir tərəfindən işə qəbul olunması Azərbaycan təhsilində ən anormal hallardan biridir:

«Absurda fikir verin - müəllim qəbulu üçün şəxs əvvəlcə məktəbin direktoruna, məktəb Bakı şəhər Təhsil İdarəsinə müraciət etməlidir. Sonra da idarə həmin adamın adını Təhsil Nazirliyinə göndərir, nazirlik də təzədən onların göndərdiyi məktub əsasında əmrini verir. Bu, analoqu olmayan avtoritar addımdır».

E. Əliyev deyir ki, yeni qaydanın tətbiqi orta məktəb müəlliminin də mərkəzləşdirilmiş rüşvətlə işə qəbul olunmasına xidmət edir:

«Sabah deyəcək ki, məktəbdə süpürgəçini də mən təyin edirəm. Süpürgəçi gəlsin, mən onun səviyyəsini yoxlayım. Deyəcək, qapıçını da mən təyin edirəm. Gəlsin, ona qapıda necə durmaq haqqında suallar verəcəyəm…».


«Bizim Yol» qəzeti:

Üç müsavatçı deputata ikiotaqlı mənzil veriib.

Faktı təsdiqləyən adının çəkilməsini istəməyən deputatlardan biri bildirdi ki, təkcə müsavatçılara deyil, parlamentin 30 deputatına mənzil verilib. Eyni zamanda, Sumqayıtdan mandat qazanan müsavatçı İkram İsrafil də mənzil alıb. Maraqlıdır ki, müsavatçı deputatlar Yasamal rayonunda qonşu olacaqlar.

Mənbə bildirib ki, hakimiyyətin deputatlara bu qayğısı parlamentin 90 illiyi ilə əlaqədardır:

«Onların arasında elə deputatlar var ki, bir neçə dəfə bu hədiyyə ilə təltif olunublar. Konkret olaraq, YAP-çı deputat Mübariz Qurbanlı üçüncü mənzilini alıb. Bu isə mənzilsiz qalan bir sıra deputatların narazılığı ilə qarşılanıb. Onlar bu barədə parlament rəhbərliyinə şikayət etməyi düşünürlər».

Mənbə əlavə etdi ki, deputatlara mənzil nədir, maşın da verilməlidir:

«Nəzərə alın ki, deputatlar əmək haqlarının azlığından bir neçə dəfə şikayətlərini müvafiq qurumlara çatdırıblar».


«Yeni Azərbaycan» qəzeti:

2003-cü ildə Azərbaycan cəmiyyətinin bəzi təbəqələrində əsassız olaraq belə bir fikir formalaşmışdı ki, ölkədə «narıncı inqilab» dövlətə, xalqa böyük fayda gətirəcək, insanlar az bir müddətdə demokratiya və rifaha qovuşacaq. Amma heç kəs ölkəsinin «banan respublikası»na çevrilməsi haqqında düşünmürdü...

Əgər o zaman qaragüruh müxalifət hakimiyyətə gəlsəydi, bu gün Azərbaycan ən azından Gürcüstanın və Ukraynanın yaşadığı siyasi və sosial böhranlı günləri keçəcəkdi...

Gürcüstan 2003-cü ildən bəri Rusiyanın açıq hədəfinə çevrilib. Çünki Saakaşvili hakimiyyətə gələn kimi elan etmişdi ki, Gürcüstanın inteqrasiya yolu Avropa və NATO-dur. Bu isə Rusiyanın geosiyasi maraqlarına tam zidd olduğundan Tbilisinin başını bərk ağrıtmağa başladı. Məhz bunun nəticəsidir ki, Qərbin acı tələsinə düşən Gürcüstan Rusiyanın «hərbi əzələləri» arasında əzildi. Hətta ərazisinin parçalanması ilə də üzləşdi...

Amma Azərbaycan, mövcud iqtidarın yürütdüyü balanslaşdırılmış xarici siyasət nəticəsində geosiyasi məkan uğrunda mübarizə aparan güclərin mübarizə meydanına çevrilmədi...

Günün bütün mövzuları

XS
SM
MD
LG