Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:12

Sabiq bələdiyyə sədri 8 il həbs cəzası aldı


Sentyabrın 5-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən prosesdə rüşvət almaqda günahlandırılan Bakının Binəqədi rayon Rəsulzadə qəsəbə bələdiyyəsinin keçmiş sədri və bələdiyyə üzvlərinə hökm oxunub.
Sabiq bələdiyyə sədri Məcnun Əliyev 8, bələdiyyənin təsərrüfat şöbəsinin sabiq müdiri Aydın İsmayılov 3 və şöbənin əməkdaşları Nizami Əzizov 6, Nuru Məmmədov 5, İnqilab Ağalarov isə 6 il azadlıqdan məhrum ediliblər.

Cinayət işinin istintaqını Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi aparıb.

Onlar ayrı-ayrı şəxslərə torpaq sahəsinin ayrılması müqabilində rüşvət alarkən yaxalanıblar. Trend
XS
SM
MD
LG