Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:03

Boykotçular yeni hakimiyyəti legitim saymayacaq <img src="/img/icon-video.gif" border=0 />


Prezident seçkilərini boykot etmiş siyasi təşkilatların liderləri

Prezident seçkilərini boykot etmiş siyasi təşkilatların liderləri

«Azad rəqabət şəraitinin olmadığı və prezidentliyə iddialı əsas namizədlərin iştirak etmədiyi seçki həqiqi seçki və onun nəticəsində formalaşan hakimiyyət isə legitim sayıla bilməz». Prezident seçkisini boykot etmiş siyasi təşkilatların sentyabrın 5-də imzaladığı bəyanatında belə deyilir.
Sənəddə bildirilir ki, ölkədə seçkiqabağı şərait azad və ədalətli seçkilərin keçirilməsi üçün zəruri olan minimum tələblərə cavab vermir. Siyasi fəaliyyət azadlığı yox dərəcəsindədir, siyasi partiyaların fəaliyyətinə çoxsaylı maneələr yaradılır, sərbəst toplaşmaq azadlığı faktiki qadağan olunub.

Eyni zamanda vurğulanır ki, ölkədə jurnalistlər təqib olunur, hazırda 3 tanınmış media mənsubu hazırda həbsdədir. «Azad rəqabətə əsaslanan normal seçki kampaniyası aparılması qeyri-mümkündür».

Bəyanatı Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət, Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev imzalayıblar.

Ölkə rəsmiləri isə dəfələrlə bəyan ediblər ki, bəzi müxalifət partiyalarının boykot qərarı seçkinin demokratikliyinə heç bir xələl gətirməyəcək.

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiləcək.

Şərhləri göstər

XS
SM
MD
LG