Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:40

Partlayışda bir azərbaycanlı ölüb, doqquzu yaralanıb


Partlayış zamanı Moskvada müvəqqəti qeydiyyatda olan, adı açıqlanmayan bir Azərbaycan vətəndaşı həlak olub

Partlayış zamanı Moskvada müvəqqəti qeydiyyatda olan, adı açıqlanmayan bir Azərbaycan vətəndaşı həlak olub

Sentyabrın 4-ü axşam saatlarında Moskvada General Belov küçəsində yerləşən yay kafesində güclü partlayış baş verib. Partlayış zamanı Moskvada müvəqqəti qeydiyyatda olan, adı açıqlanmayan bir Azərbaycan vətəndaşı həlak olub, 10 nəfər xəsarət alıb. Məlumatı «RİA Novosti» yayıb.
Təhqiqat zamanı partlayış gücünün daha çox olması üçün partlayıcı qurğunun içərisinə çoxlu bolt və qayka doldurulduğu müəyyənləşib. Partlayıcının əl çantasında gətirərək masalardan birinin altına qoyduğu ehtimal edilir.

APA xəbər verir ki, ən son məlumata görə, partlayış zamanı xəsarət alanların 9-u Azərbaycan vətəndaşıdır. Faktla bağlı cinayət işi açılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG