Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:07

Ana və uşaq ölümünə görə Azərbaycan öndədir


«Azərbaycanda ana və uşaq ölümünə görə vəziyyət Qərbi Avropadan 12 dəfə pisdir»

«Azərbaycanda ana və uşaq ölümünə görə vəziyyət Qərbi Avropadan 12 dəfə pisdir»

«Azərbaycanda ana və uşaq ölümünə görə vəziyyət Qərbi Avropadan 12 dəfə pisdir». İqtisadi Tədqiqatlar Mərkəzi apardığı araşdırmada bu nəticəyə gəlib. Mərkəzin rəhbəri Qubad İbadoğlu deyir ki, ölkədə səhiyyə xidmətlərinin dəyəri rəsmi və qeyri-rəsmi olaraq bahalaşıb.
Bu barədə «Yeni Müsavat» yazıb. «2004-cü ildən etibarən bir sıra MDB ölkələri ana və uşaq ölümü səviyyəsini hər il 5-6 faiz azaldır. Azərbaycanda isə bunun əksi baş verir. 2000-2003-cü illərdə ana və uşaq ölümü səviyyəsində müəyyən azalma baş versə də, 2004-cü ildən etibarən proses kəskin xarakter alıb»-, deyə Qubad İbadoğlu bildirib.

«Avropa Birliyinin Rusiya münasibətlərinin kəskinləşməsi bu regionda yeni böhran yarada bilər». «Yeni Azərbaycan» «Avropanın enerji qorxusu» sərlövhəli məqaləsində belə yazır.
«Rəsmi Moskva il ərzində 500 milyon tondan çox neft ixrac edir, Şərqi Avropa ölkələrinin 40, Qərbi Avropanın isə 30 faizi Rusiyanın nefti hesabına yanacaq ehtiyaclarını ödəyir. Son iki ildə bu ölkənin neft və qaz ehtiyatlarının satışından əldə etdiyi gəlirlər 600 milyard dollardan çoxdur».

«Hamı bilir ki, Dağlıq Qarabağ münaqişəsinin açarı Rusiyanın əlindədir»-, «525»ə müsahibəsində Milli Məclisin komissiya sədri Eldar İbrahimov belə deyib. «İndi Rusiya çalışır ki, onunla müttəfiq olan ölkələr Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyini tanısınlar. Əgər Moskva buna nail ola bilsə, əlbəttə ki, bu, bizim xeyrimizə olmayacaq».
«Mərkəz» qəzeti yazır ki, «Rusiya taxta yeşikdə gətirilən məhsullara qadağa qoyur». Müəllifin fikrincə, eyni sanksiyanın Azərbaycana tətbiqi Şimal qonşumuza meyvə-tərəvəz ixracını dayandıra bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG