Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:31

Qara Qarayev prospektində «yaşıl soyqırım» davam edir <img src="/img/icon-photogallary.gif" border=0 />


«Xalqlar dostluğu» metro stansiyasının üstündə, «Səhhət» klinikasının qarşısındakı ərazi

«Xalqlar dostluğu» metro stansiyasının üstündə, «Səhhət» klinikasının qarşısındakı ərazi

Bir müddət öncə Bakının Nizami rayonunda ağacların qırılaraq yerində ticarət mərkəzləri və s. kommersiya obyektlərinin ucaldılmasından söz açmışdıq. Müxbirimiz Vüsalə Əlibəylinin həmin reportajında deyilirdi ki, metronun «Qara Qarayev» və «Xalqlar dostluğu» stansiyaları arası yolboyu ərazidə ağaclıqlar hasara alınaraq, gizlicə kəsilir, bir müddət sonra isə həmin yerlərdə ticarət mərkəziləri, şadlıq evləri və s. kommersiya obyektləri peyda olur. O zaman müxbirimiz həmin ərazidə yaşayan adamlarla söhbət etmiş, hasara alınmış və tikinti gedən yerlərin şəkillərini çəkmişdir. Reportajdakı faktları həmin vaxt həm Nizami Rayon İcra Hakimiyyəti, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi təkzib etmişdi.

Nizami rayonu ərazisində, necə deyərlər «yaşıl soyqırım» davam edir. Biz yenidən təkzibedilməz faktlar əldə etmişik, bu dəfə «Xalqlar dostluğu» metro stansiyasının üstündə, «Səhhət» klinikasının qarşısındakı ərazi hasarlanıb. Biz hasardan içəri keçib, oradakı ağacları saydıq, orada təqribən 100-dən çox ağac vardı, onlara sonuncu dəfə göz gəzdirdik, sizə də onlara baxmağı tövsiyə edirik, çünki bir müddət keçəcək, onların yerində yeni bir ticarət mərkəzi ucalacaq, necə ki, yolun o biri üzündə artıq «Körpü» adında bir ticarət mərkəzi ucalıb. Əvvəllər onun da yeri meşəliyi xatırladan ağaclıq idi...

Mövzunu davam etdirəcəyik.
Oradakı ağacları saydıq, orada təqribən 100-dən çox ağac vardı
Yolun o biri üzündə artıq «Körpü» adında bir ticarət mərkəzi ucalıb

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG