Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:31

«Azərbaycan balans siyasətini kənara qoymağa məcburdur»


«Vitse-prezidentin «dostlarımızla məsləhətləşməyə getmişdik» deməsi özü-özlüyündə bir mesajdır»

«Vitse-prezidentin «dostlarımızla məsləhətləşməyə getmişdik» deməsi özü-özlüyündə bir mesajdır»

ABŞ-ın vitse-prezidenti Dik Çeyninin Azərbaycana səfəri və bu zaman verdiyi bəyanatlar politoloqların diqqət mərkəzindədir.
«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin sədri Ərəstun Oruclu «Xəbər-ətər» proqramına deyib ki, Dik Çeyninin Bakıya səfərinin faydası bu günlərdə bilinəcək. Rusiyanın və Amerikanın Azərbaycana münasibətinin dəyişməsinə baxıb demək mümkün olacaq ki, Əliyevlə Çeyni pərdə arxasında nələr danışıblar. Siyasi təhlilçi deyir ki, mətbuat konfransındakı bəyanatlar ümumi idi.

Ə. Oruclu hesab edir ki, Azərbaycan balans siyasətini kənara qoymağa məcburdur. Qərb də o vaxt Azərbaycanın təhlükəsizliyinə təminat verəcək ki, Azərbaycan bunu istəsin: «Qərbin Azərbaycanı qorumaq imkanları bizim təsəvvür etdiyimizdən də çoxdur. Tbilisi ilə NATO arasındakı anlaşmaya görə Gürcüstanın hava məkanı demək olar ki, NATO-nun hava məkanı elan edilib. Azərbaycanla da belə bir müqavilə imzalana bilər. Qərb Azərbaycanın şimal-cənub sərhədlərini qoruya, kəşfiyyat xarakterli məlumatları ötürə bilər».

Ə. Oruclu deyir ki, Rusiyadan qorxmaq lazım deyil, çünki Rusiyanın qüdrəti ancaq neft-qaz resursları ilə bağlıdır, onun ordusu da NATO ilə müqayisədə zəifdir: «Azərbaycanın bütün milli maraqları hakimiyyətin indiki mövqeyindən asılı olacaq. Qarabağ münaqişəsinin həlli də həmçinin».

«Azadlıq» Radiosunun Vaşinqtondakı təhlilçisi Qorxmaz Əsgərov deyib ki, Dik Çeyninin regiona səfəri özü bir bəyanatdır. «ABŞ hərbi gəmilərinin Qara dənizə dirənməsi, vitse-prezidentin «dostlarımızla məsləhətləşməyə getmişdik» deməsi özü-özlüyündə bir mesajdır, kifayət qədər güclü bir mesajdır».
XS
SM
MD
LG