Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:27

«Vərəm və narkoloji dispanserlər bərbad vəziyyətdədir»


«Son dövrlər Azərbaycanda «Hepatit S» xəstəliyinə düçar olanların sayı son təhlükəli bir həddə çatmaqdadır»
«Son dövrlər Azərbaycanda «Hepatit S» xəstəliyinə düçar olanların sayı son təhlükəli bir həddə çatmaqdadır»
«Qanunvericilikdə həkimlərin məsuliyyət məsələsi ciddi şəkildə öz əksini tapmalıdır»-, «525»ə müsahibəsində millət vəkili Qənirə Paşayeva belə deyib. O, bildirir ki «Azərbaycanda vərəm və narkoloji dispanserlərin vəziyyəti çox bərbad vəziyyətdədir».
Q.Paşayeva deyir ki, «Son dövrlər Azərbaycanda «Hepatit S» xəstəliyinə düçar olanların, bu xəstəliyin daşıyıcılarının sayı son təhlükəli bir həddə çatmaqdadır».

«Şəxsən mən bir millət vəkili, bir insan kimi istər vərəm dispanserlərinin, istərsə də narkoloji dispanserlərin durumundan, işindən çox narazıyam. Onlar əksər hallarda öz üzərlərinə düşən işlərin öhdəsindən tam gələ bilmirlər».

«Yeni Azərbaycan» qəzetinə müsahibə verən YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı deyir ki, «Hakim partiya təşviqat kampaniyasında yeni, müasir seçki texnologiyalarından istifadə edəcək».

«YAP vaxtaşırı rəy sorğuları keçirir və bunun nəticəsində əldə etdiyimiz məlumatlar göstərir ki, seçicilər səsvermə zamanı bizim namizədə böyük üstünlük verəcəklər. Biz seçkilərdə prezident İlham Əliyev böyük üstünlüklə qələbə qazanacağını proqnozlaşdırmışıq və buna əminik».

«Qərbin ərazi bütövlüyümüzə laqeydliyi həm də hakimiyyətin apardığı siyasətin nəticəsidir»-, «Yeni Müsavat»a açıqlamasında Müsavat partiyasının başqanı İsa Qəmbər belə deyib. «Azərbaycan bu vəziyyətdə seçim etməlidir. Ona görə də biz deyirik ki, Azərbaycan bu bataqlıqda nə zaman batacağını gözləməklə məşğul olmamalı, hərəkət etməli, səsini çıxarmalıdır, hətta bu, bir az riskləri artırsa belə hərəkət etməlidir ki, bataqlıqdan çıxmaq üsulunu tapa bilsin».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG