Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:04

«Biz iman dəyişməmişik, üslubu dəyişmişik»


Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu
Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu
«Elçibəy ampluasında olan adamlar kiməsə işləmirlər, öz maraqlarını müdafiə edirlər. Əgər bizim maraqlar hökumətin maraqları ilə üst-üstə düşürsə, onlardan imtina etməyəcəyik. Biz iman dəyişməmişik, sadəcə üslubu dəyişmişik».

Böyük Quruluş Partiyasının sədri, deputat, prezidentliyə namizədliyini irəli sürmüş Fazil Qəzənfəroğlu «Seçki qatarı»na belə deyib. Onun sözlərinə görə, bu seçkidə rəqibi yoxdur.

F.Qəzənfəroğlu deyir ki, əvvəllər iki səbəbdən seçkiyə qatılmaqdan imtina edirmiş:

«Bizim partiyanın qərargah problemi həll olunmurdu. Həm də Milli Məclisdə azlıqda olan partiya kimi Mərkəzi Seçki Komissiyasında təmsilçiliyimiz təmin edilmirdi. Bu şəraitdə seçki kampaniyasını aparmaq mümkün olmayacaqdı».

Partiya sədri deyir ki, bu məsələlərin həll olunacağı ilə bağlı müvafiq dövlət qurumlarından zəmanət aldığına görə, sonradan seçkiyə qatılmaq qərarını verib:

«Fikirləşdim ki, qarşımızda heç bir ciddi maneə qalmayıb».

Qəzənfəroğlu bildirir ki, seçkiyə qatılmasına Müsavat Partiyasının boykot taktikası da təsir göstərib:

«Əgər Müsavat seçkiyə qatılsaydı, biz səslərin çoxunu ala bilməyəcəkdik. İndi isə mən elə bir realist proqram təklif edəcəyəm ki, Müsavatın elektoratının bir hissəsinin səsini qazanım. Çünki elektorat partiyanın cibində olan bir şey deyil, onu insanlar təşkil edir».

O, seçkidə iştirakının başqa bir səbəbi kimi rəhbərlik etdiyi partiyanın güclənməsini göstərir:

«Siyasətçi peşəsini seçmişiksə, partiya yaratmışıqsa, onun güclənməsinə çalışmalıyıq. Seçkidən imtina etməklə, biz zamanla əhəmiyyətsiz bir quruma çevrilə bilərik».

Deputat müxalifətin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar hökumətdən fərqli bir baxışa malik olmamasını «elə də yaxşı olmayan hal» kimi qiymətləndirir.

Buna da bax:

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG