Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:11

«Çeyninin səfəri Azərbaycanın təhlükəsizliyinə dəstəkdir»


Dik Çeyni və Baş nazirin müavini Yaqub Eyyubov, 3 sentyabr 2008

Dik Çeyni və Baş nazirin müavini Yaqub Eyyubov, 3 sentyabr 2008

«Amerika-Azərbaycan münasibətlərində müəyyən dəyişiklik gözləmək olar».

Politoloq Zəfər Quliyev deyir ki, Azərbaycana Birləşmiş Ştatlardan Dik Çeyni kimi yüksək vəzifəli şəxsin gəlməsi və üstəlik, bu səfərin Cənubi Qafqaz regionunda gərginliyin yaşandığı bir vaxtda baş tutması məhz bundan xəbər verir. Onun sözlərinə görə, Çeyninin Azərbaycanda müzakirə etdiyi məsələlər - regionun və enerji layihələrinin təhlükəsizliyi, Azərbaycanın Qərbə inteqrasiyası və NATO-ya qoşulması Bakı üçün vacib olduğu qədər Amerika üçün də önəmlidir:

«Hesab etmək olar ki, Dik Çeyni Bakıda olan söhbətləri Gürcüstan və Ukraynada da davam etdirəcək və beləliklə, bu ölkələrin arasında eyni mövqe yaratmağa çalışacaq».

Politoloq hesab edir ki, bir çox məsələlərdə bu ölkələr eyni mövqedən çıxış etməlidir:

«Bu ölkələrin təhlükəsizliyi ilk növbədə ümumi bir mövqe yaratmaqla bağlıdır və bu da ABŞ-ın dəstəyindən asılıdır».

Z.Quliyevə görə, Dik Çeyninin səfəri bir tərəfdən dəstək nümayişidir, başqa tərəfdən də bu ölkələrə yardım etmək və mövqeləri öyrənib yaxınlaşdırmaqdır.

Politoloq Vəfa Quluzadə isə bildirir ki, Dik Çeyninin səfəri Azərbaycanın təhlükəsizliyinə bir dəstəkdir. Çünki Gürcüstanda baş verən hadisələrdən sonra Azərbaycan təhlükə qarşısında qalıb.

Onun sözlərinə görə, Azərbaycanın həll olunmamış Dağlıq Qarabağ problemi olduğundan Bakı kifayət qədər risk qarşısında qalıb və Amerikanın dəstəyinə ehtiyacı var. Çeyninin səfəri də ölkəni məhz həmin dəstəklə təmin edə bilər:

«İndiyə qədər Azərbaycan Amerika və Rusiya ilə balanslı siyasət aparırdı. Bu gün Bakı artıq öz mövqeyini dəqiq bildirməlidir, yəni hansı tərəfə yönümlüdür. Əgər Qərbə yönümlüdürsə, Qərbdən onu möhkəm qorumağı istəməlidir. Məncə, Azərbaycan Qərbyönümlüdür və prezident İlham Əliyev Dik Çeynidən Azərbaycanın təhlükəsizliyini təmin etməyi istəyəcək».

V.Quluzadə onu da deyir ki, prezidentin Dik Çeyni ilə görüşdə neft-qaz kəmərinin təhlükəsizliyi ilə yanaşı, həm də Azərbaycanı Rusiyanın hücumundan necə qorunması məsələsini müzakirə edəcəyi ehtimalı var. Çünki Rusiya bu gün müstəqil olan bütün keçmiş sovet ölkələrini təsir dairəsinə qaytarmaq istəyir.

Azərbaycan vətəndaşlarının Dik Çeyninin səfərinin iki ölkənin münasibətlərinə təsiri ilə bağlı münasibəti ilə belədir:

- Dəyişiklik ola bilməz. Ona görə ki, Azərbaycan bu dəqiqə çox çətin vəziyyətdədir.

- Mənə elə gəlir ki, münasibətlər əvvəlki kimi qalacaq. Heç nə dəyişməyəcək.

- Yox, heç bir dəyişiklik ola bilməz. Həmişə səfərlər olub, bunlar ora gedib, onlar bura gəlib.

- Məncə, dəyişiklik olmayacaq. İndiki vəziyyət hakimiyyəti də, Amerikanı da, Rusiyanı da qane edir.

- Regionda çox gərgin situasiya yaranıb. Cavab vermək çətindir. Nə oyun gedir bilmək olmur.

Şərhləri göstər

XS
SM
MD
LG