Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:31

Bakıda korrupsiya məsələləri üzrə beynəlxalq konfrans keçiriləcək


Sentyabrın 18-19-da Bakıda «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə nəzarətin rolu və əhəmiyyəti» Beynəlxalq elmi-praktiki konfransı keçiriləcək. Tədbirin təşkilatçısı Azərbaycan İqtisadçı İttifaqı və Azərbaycan Auditor Palatasıdır.
Palatada bildiriblər ki, konfrans korrupsiyaya qarşı mübarizədə Milli strategiyaya müvafiq keçirilir. Məqsəd dünyada qloballaşma və iqtisadi inkişaf proseslərinin indiki şərtlərində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizədə təcrübə ilə mübadilə, gələcəkdəki vəzifələrin təyin edilməsi məsələlərinə baxılmasıdır.

Forum işində dövlət, beynəlxalq, yerli və xarici auditor strukturları, o cümlədən Polşa, Ukrayna, Rusiya və digər ölkələrinin Auditor Palatasının nümayəndələri iştirak edəcək.Turan
XS
SM
MD
LG