Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:07

Yeni jurnalist gödəkçələri təqdim olundu


Gödəkçələri səfir Luis Herrero və daxili işlər nazirinin müavini Oruc Zalov təqdim edib
Gödəkçələri səfir Luis Herrero və daxili işlər nazirinin müavini Oruc Zalov təqdim edib
ATƏT-in Bakı ofisi sentyabrın 3-də Azərbaycan jurnalistləri üçün hazırlanmış xüsusi gödəkçələrin təqdimatını keçirib. Bu gödəkçələr ictimai tədbirlər və nümayişlər zamanı jurnalistlərin fərqlənməsinə yardımçı olacaq.
Gödəkçələr ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsinin sponsorluğu ilə hazırlanıb. Gödəkçələri jurnalistlərə Mətbuat Şurası paylayacaq.

Təqdimatda ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Xose Luis Herrero bildirib ki, ictimai tədbirlər zamanı, xüsusilə də seçkiqabağı təbliğat dövründə, jurnalistlər üçün təhlükəsiz mühitin yaradılması çox vacibdir: «Əminəm ki, bu gödəkcələr media mənsublarının təhlükəsizliyinə öz töhfəsini verəcək».

Səfir ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraştinin də məsələ ilə bağlı fikirlərini diqqətə çatdırıb. X.L.Herreronun sözlərinə görə, M.Haraşti hesab edir ki, polis icazə verilməmiş aksiyalar da daxil olmaqla, bütün növ nümayişlərin işıqlandırılmasında mətbuat nümayəndələrinə kömək etməlidir. «Digər tərəfdən, jurnalistlər də özlərini zahirən fərqləndirməklə polisə yardımçı olmalıdır. Mətbuat üçün hazırlanmış gödəkcələr buna kömək edəcək» deyə səfir Luis Herrero Haraştidən sitat gətirib.

Yeni gödəkçələrin təqdimatında daxili işlər nazirinin müavini Oruc Zalov da iştirak edib.

Hazırkı gödəkçələrin sayı 200 ədəddir. Bundan əvvəl də ATƏT-in Bakı ofisi ilə Mətbuat Şurasının birgə layihəsi əsasında jurnalistlər üçün xüsusi fərqləndirici gödəkçələr paylanıb. Həmin gödəkçələr göy rəngdə olub, arxasında «Press» sözü yazılıb. İndiyədək həmin gödəkçələrdən 400-ə qədəri jurnalistlərə paylanıb.

Bu həftə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) da kütləvi informasiya vasitələri işçilərinə fərqləndirici gödəkçələr paylamağa hazırlaşır. RATİ-nin Beynəlxalq Söz Azadlığı Assosiasiyasının yardımı ilə hazırlatdığı 170 ədəd gödəkçə açıq yaşıl rəngdədir.
«Media forum»

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG