Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:01

«Bizə gərəkli insan Con Makkeyndir»


Corc Buş Makkeyni güclü lider adlandırıb, deyib ki, o, Amerikanın maraqlarını müdafiə etməyə qadirdir

Corc Buş Makkeyni güclü lider adlandırıb, deyib ki, o, Amerikanın maraqlarını müdafiə etməyə qadirdir

«Con Makkeyn ölkənin yeni prezidenti olmağa hazırdır və respublikaçıları ona səs verməyə çağırıram». Amerika prezidenti Corc Buş Minnesota ştatında Respublikaçıların qurultayında belə deyib.
Corc Buş Makkeyni güclü lider adlandırıb, deyib ki, o, Amerikanın maraqlarını müdafiə etməyə qadirdir:

«Biz təhlükəli dünyada yaşayırıq və elə bir prezidentə ehtiyacımız var ki, o, 11 sentyabr 2001-ci il hadisəsindən dərs ala bilib. Amerikanı müdafiə etmək üçün hücumların qarşısını onlar baş verməmiş almalıyıq, yenidən zərbə almağı gözləməməliyik. Bizə gərəkli insan Con Makkeyndir».

Corc Buş Qustav qasırğasına görə qurultayın keçirildiyi Minnesota ştatına getməyib, qurultay iştirakçılarına video vasitəsilə müraciət edib.

Amerikada prezident seçkisi noyabrın 4-dür. Respublikaçı Con Makkeynin rəqibi demokrat Barak Obamadır. Demokratların qurultayı ötən həftə keçirilib və Barak Obama rəsmən prezidentliyə namizəd elan olunub. Respublikaçıların qurultayı sentyabrın 4-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG