Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:15

Emin Hüseynovun apellyasiya şikayəti təmin edilməyib


E.Hüseynov polis təzyiqindən sonra 20 gündən artıq tibbi yardım alıb
E.Hüseynov polis təzyiqindən sonra 20 gündən artıq tibbi yardım alıb
Bakı Apellyasiya Məhkəməsi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynovun şikayətini təmin etməyib. Məlumatı «Media forum»a vəkil Elçin Sadıqov verib.
E.Hüseynov bu il iyunun 14-də paytaxtın «Alaturka» kafesində inqilabçı Çe Gevaranın 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə döyülməsiylə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdi. «Alaturka» kafesində toplantıya imkan verilməməsi, toplantıda saxlanılıb polis bölməsinə aparılması, polis əməkdaşlarının fiziki basqısı ilə üzləşməsini qanunsuz sayan iddiaçı cavabdehlər Daxili İşlər Nazirliyi, Nəsimi Rayon Polis İdarəsi və bu idarənin 22-ci polis bölməsinin 150 min manat təzminat ödəməsini istəmişdi. Birinci instansiya məhkəməsi işi icraata götürmədiyindən RATİ rəhbəri apellyasiya şikayəti vermişdi.

E.Sadıqovun bildirdiyinə görə, bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Gündüz Quliyev hesab edib ki, xüsusi icraat qaydasında dövlət qurumlarından əmlak tələb etmək olmaz. Vəkil E.Sadıqovun sözlərinə görə, onların növbəti addımı kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət olacaq: «Daha sonra isə Avropa Məhkəməsinə üz tutacağıq».

E.Hüseynov iyunun 14-də «Alaturka» kafesində «Ce Gevara fanatları kulubu»nun təşkil etdiyi tədbir dağıdılarkən Nəsimi rayon 22-ci polis bölməsinin əməkdaşlarının təzyiqlərinə məruz qalıb və 20 gündən artıq tibbi yardım alıb. «Media forum»

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG