Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:36

Bakının zibil problemi... <img src="/img/icon-photogallary.gif" border=0 />


«Ekoloqların əksəriyyəti Balaxanıda zibilyandırma zavodunun tikilməsi ilə razılaşmır»
«Ekoloqların əksəriyyəti Balaxanıda zibilyandırma zavodunun tikilməsi ilə razılaşmır»
Zibil tullantıları paytaxt Bakının ekologiyasına təsir göstərən mühüm problemlərdən biri olaraq qalır. «Can Bakı» proqrammı bu məsələni müzakirəyə edib. Verilişin qonaqları Ekoloji Problemlərin Tədqiqi Mərkəzinin rəhbəri Kamran Mahmudov, bu mövzunun araşdırmaçıları «Olaylar» informasiya agentliyinin əməkdaşı Ülviyyə Telmanqızı və «Mərkəz» qəzetinin əməkdaşı Zülfiyyə Quliyeva idi.
Kamran Mahmudov deyir ki, ekoloqların əksəriyyəti Balaxanıda zibilyandırma zavodunun tikilməsi ilə razılaşmır. Çünki zibilin yandırılması baha başa gələn prosesdir: «Tullantıları yandıraraq məhv etmək absurddur. Onlar tullantıdan alınan külü nə edəcəklər? Bu küldə sağlamlıq üçün təhlükəli olan radiasiyalı maddələr qala bilər. Ona görə də küldən tikintidə istifadə etmək mümkün deyil. Tullantıları təkrar emal etmək daha məqsədəuyğundur. Bu, həm sağlamlığa ziyan verməyəcək, həm yeni iş yerlərinin yaranmasına gətirib çıxaracaq, həm də qazanc əldə etmək imkanı yaradacaq».

K.Mahmudov deyir ki, xarici ölkələrdə zibilyandırma zavodlarının ömrü az olur. Xüsusilə də ictimaiyyət bu cür qurğuların tikilməsinə qarşı çıxır.

İqtisadi İnkişaf Nazirliyindən isə bildirirlər ki, zibilyandırma zavodunda alınan küldən yol tikintisində istifadə ediləcək.

«Bakı Şəhər İcra Hakimiyyəti isə bu mövzuda jurnalistlərə bilgi verməkdə maraqlı deyil». Bunun jurnalist Ülviyyə Telmanqızı söylədi. Onun sözlərinə görə, Bakının əksər rayonlarında məhəllələrə qoyulan yeni zibil konteynerləri bir neçə gündən sonra yoxa çıxır və onların yerinə köhnələri qoyulur.

Zülfiyyə Quliyeva isə Bakıda zibil tullantılarının daşınmasındakı problemlərin əksəriyyətinin mənzil istismar sahələri ilə əlaqədar olduğunu bildirdi.


Buna da bax:

XS
SM
MD
LG