Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:52

Avropa Birliyi separatçıları tanımamağa çağırıb


Yekun bəyannamədə sanksiyalar haqda heç nə deyilmir

Yekun bəyannamədə sanksiyalar haqda heç nə deyilmir

Avropa Birliyi (AB) Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımasını pisləyib və digər ölkələri bunu etməməyə çağırıb.

Bu barədə Birliyin Brüssel sammitinin sentyabrın 1-dəki yekun bəyannaməsində deyilir.

Buna baxmayaraq, AB Moskva ilə tərəfdaşlıq münasibətlərini kəsmək istəmir.

«Gürcüstan münaqişəsi böyük müharibə, münasibətləri pozmaq, əzələ nümayiş etdirmək üçün səbəb deyil. Sanksiyalara qarşı sanksiyalar – bu vəziyyətdən kim qalib çıxa bilər ki?!... Biz Gürcüstanın hərəkətlərinə Rusiyanın qeyri-proporsional reaksiyasını qəti pisləyirik, amma biz Avropada rus qonşularımızla dialoqun zəruriliyini anlayırıq» – deyə mətbuat konfransında Fransa prezidenti Nikola Sarkozi bildirib.

N. Sarkozi Birliyin Gürcüstana yardım, o cümlədən maliyyə yardımı edəcəyini bildirib.

«Biz başa düşürük ki, Gürcüstan Avropadan kömək gözləyir və biz bu yardımı, o cümlədən maliyyə yardımını əsirgəməyəcəyik».

Fransa prezidenti sentyabrın 8-də Moskvaya gələcək. Onu AB-nin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Xavyer Solana müşayiət edəcək. Onlar həmçinin, Tbilisiyə də baş çəkəcəklər.

Bu arada o da məlum olub ki, AB rus qoşunları Gürcüstandan çıxmayanadək, Moskva ilə tərəfdaşlıq danışıqlarını təxirə salıb. Bu haqda Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu məlumat verib.

Sammitdən qabaq Rusiyaya qarşı sanksiyalar tətbiq etmək çağırışları səslənirdi. Amma yekun bəyannamədə bu haqda heç nə deyilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG