Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:01

Gürcüstan rusiyalılara viza verilməsini dayandırıb


Buna qədər rusiyalılar Gürcüstana vizanı bilavasitə Tbilisi aeroportunda alırdılar

Buna qədər rusiyalılar Gürcüstana vizanı bilavasitə Tbilisi aeroportunda alırdılar

Avqustun 30-dan Gürcüstanın bütün nəzarət-buraxılış məntəqələrində Rusiya vətəndaşlarına vizaların verilməsi dayandırılıb.

Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, sentyabrın 8-dən sonra Rusiya vətəndaşları üçün vizalar yalnız Gürcüstanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluq idarələrində veriləcək. Beləliklə, rusiyalılar Gürcüstana yalnız üçüncü ölkə vasitəsilə gedə biləcəklər.

Buna qədər rusiyalılar Gürcüstana vizanı 20 dollar ödəməklə bilavasitə Tbilisi aeroportunda və ya sərhəddəki nəzarət-buraxılış məntəqələrində alırdılar.

Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdığına görə Gürcüstan avqustun 29-da bu ölkə ilə diplomatik əlaqələri kəsib.

Günün bütün mövzuları

XS
SM
MD
LG