Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:58

İqbal Ağazadənin prezidentliyə namizədliyi qeydə alınıb


Mərkəzi Seçki Komissiyası (MSK) avqustun 30-da Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin prezidentliyə namizədliyini qeydə alıb.

Bununla MSK tərəfindən namizədlikləri qeydə alınan şəxslərin sayı iki nəfərə çatıb. Bundan əvvəl Yeni Azərbaycan Partiyasının namizədi, hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyi qeydə alınmışdı.

Prezidentliyə iddialı olan digər şəxslər isə namizədliyin qeydə alınması üçün tələb olunan ən azı 40 min seçici imzasını hələ MSK-ya təqdim etməyiblər.

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. / Trend /
XS
SM
MD
LG