Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:02

Makkeyn vitse-prezidentliyə qadını seçdi


Beş uşaq anası olan 44 yaşlı S. Peylin Alyaskanın ən gənc və ilk qadın qubernatorudur

Beş uşaq anası olan 44 yaşlı S. Peylin Alyaskanın ən gənc və ilk qadın qubernatorudur

Respublikaçı namizəd Con Makkeyn Ohayo ştatında keçirilən mitinqdə deyib ki, ABŞ prezidenti seçiləcəyi təqdirdə, Alyaskanın qubernatoru Sara Peylini ölkənin vitse-prezidenti təyin edəcək.

Beş uşaq anası olan 44 yaşlı S. Peylin Alyaskanın ən gənc və ilk qadın qubernatorudur. O, sərt rəhbər və ABŞ-ın enerji müstəqilliyinin tərəfdarı kimi tanınır. O, C. Makkeynin rəqibi demokrat Barak Obamadan üç yaş kiçikdir.

Müşahidəçilərin fikrincə, bu seçimi ilə C. Makkeyn qadınların, xüsusilə də senator-demokrat Hillari Klintonun tərəfdarlarının səsini almaq, Demokrat Partiyasının qurultayından diqqəti yayındırmaq istəyir.

Gələn həftə Minnesota ştatının Sent-Pol şəhərində respublikaçıların qurultayı keçiriləcək. Qurultayda C. Makkeyn rəsmən Respublikaçılar Partiyasından prezidentliyə namizəd seçiləcək.

ABŞ-da prezident seçkisi noyabrın 4-də keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG