Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:19

«Amerika, biz geri qayıda bilmərik»</a> <img src="/img/icon-video.gif" border=0 />


Barak Obama Buşun xarici siyasətini də kəskin tənqid edib
Barak Obama Buşun xarici siyasətini də kəskin tənqid edib
«Bu axşam mən Amerika xalqına - bu böyük ölkənin bütün tərəflərində demokratlara, respublikaçılara və müstəqillərə müraciət edirəm – Bəsdir! Bu an, bu seçkilər bizim 21-ci əsrdə Amerika vədlərini saxlamaq şansımızdır».

ABŞ senatoru Barak Obama Denverdə Demokrat Partiyasının qurultayında namizədliyi qəbul etmə nitqinidə belə deyib.

Corc Buşun siyasətinin uğursuzluğa düçar olduğunu deyən B.Obama xalqa müraciət ünvanlayıb:

«Gələn həftə sizə Corc Buş və Dik Çeyninin iki müddət hakimiyyətini vermiş partiya üçüncü müddət üçün müraciət edəcək. Və biz növbəti dörd ilin əvvəlki səkkiz ilə bənzəməsinə imkan verməmək üçün burdayıq. Noyabrın 4-də biz ayağa qalxıb deməliyik: Səkkiz il kifayətdir!!! Bizə gələcəyin təhlükələri ilə üz-üzə duracaq prezident lazımdır, keçmişin ideyalarında batıb qalan prezident yox».

Barak Obama Buşun xarici siyasətini də kəskin tənqid edib:

«Siz İraqı işğal etməklə 80 ölkədə fəaliyyət göstərən terror şəbəkəsinə qalib gələ bilməzsiniz. Siz sadəcə Vaşinqtonda kəskin danışmaqla İsraili müdafiə və İranı təhdid edə bilməzsiniz. Bizim keçmiş alyanslarımıza zərbə vurduqdan sonra siz Gürcüstanın müdafiəsinə qalxa bilməzsiniz».

Prezidentliyə namizəd geriyə dönüşün mümkün olmadığını bildirir:

«Amerika, biz geri qayıda bilmərik. Bu qədər iş olan zaman bunu edə bimərik. Bu qədər uşağın təhsilə, bu qədər veteranın qayğıya ehtiyacı olduğu vaxt bunu etmək olmaz. İqtisadiyyatın düzəlməli, şəhərlərin yenidən qurulmalı, fermaların xilas edilməli olduğu vaxtda bunu edə bilmərik. Bu qədər ailənin müdafiəyə ehtiyacı olduğu bir vaxtda geri dönmək olmaz. Amerika, biz geri dönə bilmərik. Bu anda bu seçkilərlə biz gələcəyə addım atmalıyıq. Gəlin bu vədimizi – Amerika arzusunu tutaq».

Barak Obama İraqda müharibəni bitirəcəyinə və Rusiyanın təcavüzünə son qoyacağına da söz verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG